ANTİKLİNAL QALXMA

tektonik cəhətdən antiklinal formada yeni əmələ gəlmə olub, geosinklinalın daxilində, eləcə də ona bitişik geoantiklinalların tağında yaranır. поднятие антиклинальное аnticlinal elevation
ANTİKLİNAL DƏRƏ
ANTİKLİNAL SİLSİLƏ
OBASTAN VİKİ
Antiklinal
Antiklinal (yun. anti — aks va klino — ayrılıram) — Yer qabığında süxurların qabarıq yatım forması, yəni qıvrımlı strukturların yüksəkdə qalan hissəsi. Antiklinal adətən təbəqəli çökmə, yaxud effuziv, o cümlədən metamorfikləşmiş süxurların yatım forması, eləcə də ardıcıl təbəqələşən layların qabarıq tərəfi yuxarıya yönəlmiş qırışığıdır. Antiklinal nüvəsində qədim, qanadlarında isə cavan süxurlar yatırlar. Qırışığın büküş yeri kilid adlanır. Antiklinal təşkil edən layların büküş yerini birləşdirən səth ox müstəvisi, yan hissələr isə qanadlar adlanır. Ox müstəvisinin vəziyyətindən asılı olaraq antiklinal düz və ya normal, çəp, aşırılmış, çevrilmiş və i. olur. Sinonim: Antiklinal qırışıq. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti.
Qalxma
Qalxma; uçmağı bacaran canlıların və təyyarələrin yer, su və digər səthlərlə təmasının kəsilməsi və uçmağa başlaması. Kosmik gəmilərin və raketlərin yerdən böyük bir bucaq yaradacaq şəkildə rampadan etdiyi qalxmaya əsasən fırlatma deyilir. Bir cismin qalxması üçün, daşıyıcı qüvvənin cazibə qüvvəsini üstələməsi lazımdır. Təyyarələr şaquli qalxma və üfüqi qalxma edə bilənlər kimi ikiyə bölünür. Bəzi hibrid nəqliyyat vasitələri həm şaquli, həm də üfüqi şəkildə qalxma həyata keçirdə bilirlər. Əksər sabit qanadlı təyyarələr yerdə sürətlənirlər ki, qanadlarda nəqliyyat vasitəsini havaya qaldırmağa yetəcək qədər qüvvə olsun. Helikopterlər kimi fırlanan qanadlı nəqliyyat vasitələri də paletlərdə olan daşıma qüvvəsi ilə qalxmanı həyata keçirirlər. İsti hava balonları isə içərisindəki isti havanın xaricdəki havadan daha yüngül olması səbəbinə görə batmazlıq qüvvəsi sayəsində qalxma həyata keçirirlər.
Şaquli enmə-qalxma
Şaquli enmə-qalxma (ing. Vertical Take-Off and Landing) bu cür sinifləndirmə az saylı havada hərəkət etmək üçün nəzərdə tutulmuş olan texnikanı əhatə edir: helikopterlər, avtojirlər, balonlar və hava gəmiləri (zeplinlər) əsasən VTOL olaraq sinifləndirilmirlər. Bəzi hava texnikaları VTOL moduna əlavə olaraq CTOL (Şərti enmə-qalxma/Conventional Take-off and Landing) və/və ya STOVL (Qısa enmə-qalxma/Short Take-Off and Landing) da edə bilirlər. Bəzilərinin isə eniş dəstləri üfüqi hərəkət üçün nəzərdə tutulmadığı üçün sadəcə olaraq şaquli enmə-qalxma edə bilirlər (Nümunə Convair XFY).